“Sabah” futbol klubu sonuncu yoxlama oyununa çıxacaq

19 İyul 2023 11:12

Xəbər 289 dəfə oxunub

Avstriyada təlim-məşq toplanışını davam etdirən Bakının “Sabah” klubu bu gün sonuncu yoxlama oyununa çıxacaq. Bakı təmsilçisi Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Qətərin “Al-Sadd” (3:1), ikinci matçda isə Almaniyanın “Sankt-Pauli” (1:4) klubu ilə qarşılaşıb.xeber100.com