“Sabah” futbol klubu yeni mövsümün hazırlığına başlayıb

28 İyun 2022 15:39

Xəbər 653 dəfə oxunub

Bakının “Sabah” klubu yeni mövsümün hazırlığına başlayıb.Baş məşqçi Murad Musayevin rəhbərlik etdiyi komanda təlim-məşq toplanışının ilk mərhələsini iyulun 15-dək ölkədə davam etdirəcək.İyulun 17-də komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsinə iyulun 31-də yekun vurulacaq.Komandanın Bakıda 2, Bolqarıstanda isə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.xeber100.com