“Sabah” futbol klubunun yay hazırlıq planı bəlli olub

29 İyun 2021 14:07

Xəbər 370 dəfə oxunub

Bakının “Sabah” futbol klubunun yay hazırlıq planı bəlli olub.Azərtac kluba istinadla xəbər verir ki, komanda iyulun 1-də Bakıda yığışacaq. Təlim-məşq toplanışının ilk iki həftəsi paytaxtda baş tutacaq.İyulun 15-də Tbilisiyə yollanacaq Bakı təmsilçisi orada iki həftə hazırlıq keçəcək.Bakıda 2, Tbilisidə isə 4 yoxlama matçının keçirilməsi nəzərdə tutulub. Komanda iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqib hələ müəyyənləşməyib.xeber100.com