Sabah İtaliyada beynəlxalq şahmat festivalı start götürəcək

16 May 2022 09:56

Xəbər 369 dəfə oxunub

Sabah İtaliyada beynəlxalq şahmat festivalı start götürəcək.Yarışda Azərbaycanı Eltac Səfərli təmsil edəcək. Turnirdə 15 şahmatçı iştirak edəcək ki, onlardan da 6-sı qrosmeysterdir. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarış mayın 20-dək davam edəcək.Turnirin reytinq favoriti FIDE bayrağı altında çıxış edən rusiyalı Andrey Yesipenkodur (2709). Eltac Səfərli isə 2600 xalla reytinq cədvəlində 4-cü pillədə qərarlaşıb.xeber100.com