“Sabah” klubu 2020/2021-ci il mövsümünün formalarını təqdim edib

21 Avqust 2020 11:38

Xəbər 1356 dəfə oxunub

Bakının “Sabah” futbol klubu 2020/2021-ci il mövsümü üçün ev və səfər formalarını təqdim edib.Azərtac xəbər verir ki, “Nike” şirkətinin istehsalı olan formalar göy və ağ rəngdədir.Komanda bu gün start götürəcək yeni mövsümdə ev oyunlarında göy, səfər oyunlarında isə ağ rəngli formalardan istifadə edəcək. Yeni formaların təqdimat videosunda kapitan Ruslan Abışov ilə yanaşı, Bəhlul Mustafazadə, Kevin Kubemba və Ramil Şeydayev yer alıblar.xeber100.com