“Sabah” klubu yoxlama oyununda “Sumqayıt”la üz-üzə gəlib

6 Sentyabr 2020 13:12

Xəbər 786 dəfə oxunub

Bakının “Sabah” fubol klubu yoxlama oyununda “Sumqayıt”la üz-üzə gəlib.Azərtac xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş rəqibin qələbəsi ilə (1:3) yekunlaşıb.Matçda paytaxt təmsilçilərinin yeganə qoluna Kevin Kubemba imza atıb. “Sumqayıt”ın heyətində isə Əli Qurbani (iki qol) və Murad Xaçayev fərqləniblər.Xatırladaq ki, “Sabah” Azərbaycan Premyer Liqasının II turunda “Qəbələ” ilə qarşılaşacaq. Görüş sentyabrın 13-də saat 19:00-da “Bank Respublika Arena”da baş tutacaq.xeber100.com