“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib

21 Avqust 2019 09:17

Xəbər 619 dəfə oxunub

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Komanda iyirmi doqquz yaşlı hücumçu Rocer Roxas ilə bir illik müqavilə imzalayıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, honduraslı futbolçu karyerası ərzində ölkəsinin “Olimpiya” (2008-2014, 2015-2016), Səudiyyə Ərəbistanının “Əl-İttifaq” (2014), Meksikanın “Nekaksa” (2014-2015) və “Simarrones” (2016-2017) komandalarında çıxış edib. O, sonuncu dəfə Kosta-Rikanın “Alaxuelense” klubunda forma geyinib.R.Roxas Honduras millisində 32 oyun keçirib və 3 qol vurub.xeber100.com