2022-2023-cü tədris ilində “SABAH” qruplarının müvafiq ixtisasları üzrə vakant yerlər üçün müsabiqə davam edir.Bu barədə Azərtac-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.Qeyd edilən tələblərə cavab verən namizədlər 15 avqust saat 23:59-dək müraciət formasını doldurmalıdırlar.Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasına daxil edilib.Müsabiqə barədə ətraflı məlumatı Elm və Təhsil Nazirliyinin saytında əldə etmək olar.xeber100.com