“Sabah”ın “Zirə”yə qarşı Premyer Liqanın XV tur oyununda

17 Fevral 2021 14:44

Xəbər 464 dəfə oxunub

“Sabah”ın “Zirə”yə qarşı Premyer Liqanın XV tur oyununda (2:2) zədələnərək xəstəxanaya yerləşdirilən futbolçusu Tiemoku Fofana evə buraxılıb.Azərtac xəbər verir ki, müayinələrdən sonra Fil Dişi Sahilindən olan futbolçuda beyin silkələnməsi aşkarlanmayıb. Üç dişi qırılan forvardın dodağına tikiş atılıb. Fofana qarşıdakı iki günü istirahət etməklə keçirəcək. Ardınca o, məşqlərə başlaya bilər.Xatırladaq ki, 21 yaşlı futbolçu “Zirə” ilə matçda rəqib futbolçu ilə toqquşduqdan sonra mübarizəni davam etdirə bilməmiş, birbaşa xəstəxanaya aparılmışdı.xeber100.com