“Sabah”klubunun yoxlama oyunundakı rəqibi bəlli olub

7 İyul 2023 15:49

Xəbər 339 dəfə oxunub

Bakının “Sabah” futbol klubu hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi bəlli olub. Klub bildirir ki, Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah” Qətərin “Al-Sadd” komandası ilə qarşılaşacaq. Görüş iyulun 9-da Bakı vaxtı ilə saat 19:00-da Kematen stadionunda baş tutacaq.xeber100.com