Mayın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Şairi Sabir Rüstəmxanlının anadan olmasının 70 illik yubileyi qeyd olunub. Tədbirdə respublikanın bir sıra tanınmış elm, mədəniyyət və ictimai-siyasi xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair, yazıçı-publisist İlqar Fəhmi çıxış edərək Sabir Rüstəmxanlının həyat və yaradıcılığından söz açıb. Qeyd olunub ki, şairin vətənpərvərlik hissləri ilə yoğurulan şeirləri ədəbiyyatımızda xüsusi yerə malikdir. O, ana dilini varlığı qədər sevir və sevdirməyə çalışır. S.Rüstəmxanlının əsərləri Azərbaycan dilinin və bədii fikrinin zənginləşməsi baxımından seçilir, eyni zamanda, milli dəyərlərimizi və tariximizin taleyüklü anlarını özündə əks etdirir. Türkiyənin Böyükşəhər bələdiyyəsi rəhbərinin mədəniyyət üzrə müşaviri, şair-publisist Özcan Ünlü, Tatarıstanın Xalq Şairi Robert Minluri çıxış edərək S.Rüstəmxanlı yaradıcılığından danışıblar. Vurğulanıb ki, ədibin əsərləri insanlara yaşamaq eşqi bəxş edir, dünyaya, həyata tükənməz sevgi hissləri aşılayır. Bütün bunlar şairə tükənməz oxucu sevgisi qazandırır. Bildirilib ki, xalqın ruhu, dövlətçilik ənənəsi, Vətəni qorumaq, tarixə ehtiram, gələcəyə inam hissi şairin yaradıcılığının əsas motivlərini təşkil edir. S.Rüstəmxanlının “Ömür kitabı”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı” kitabları, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş”, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm zirvəsi (Cavad xan)”, “Difai fədailəri”, “Sunami” və başqa əsərləri bir sıra dillərə tərcümə olunub. Sonda çıxış edən şair tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Daha sonra tədbir konsert proqramı ilə davam edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…