Saç tökülməsinin səbəbi

6 Fevral 2016 15:08

Xəbər 1802 dəfə oxunub

Saç tökülməsinin səbəbi nə olur olsun qarşısı alına bilər, ancaq itirilən saçı hər zaman geri qaytarmaq mümkün deyil. Məsələn, bədəndə dəmir çatışmazlığı və qansızlıqdan qaynaqlanan saç tökülməsinin qarşısını almaq olar, ancaq itirilən saçı geri qaytarmaq mümkün deyil. Əgər saç tökülməsi normaldan daha çox, xüsusən də bəlli bir bölgələrdə daha çox yaşanırsa, hamamda, yastıqda tökülən saçların miqdarında artım varsa və bu hal 3 aydan çox davam edirsə, hər əlinizi atdığımızda 3-4 tel qopursa, mütləq həkimə getmək lazımdır.

Bir də fəsil tökülmələri var ki, bu da daha çox yaz ayında yaşanır, 2-3 ayda bitər.

Çox tez-tez saç fenləməyin

Saçı yuyarkən və darayarkən tökülməsi normaldır. Ancaq durduğunuz yerdə hər əlinizi atdığınızda saç tökülürsə, həkimə gedin.

Yaxşı yatın.

Qırmızı ət və bol taxıl məhsulları yeyin.

Çox sıx edilməməsi şərti ilə boyanın saça ziyanı olmaz. Ancaq saçları çox fenləmək

saç dibinə zərər verir. Saçı çox sıx yığmaq da yanlışdır.

Saç tökülməsinə qarşı məsləhətlər

Saç diblərinin masaja ehtiyacı var. Hər gün 3 dəqiqə saç diblərini masaj edin.

Yarım qəhvə fincanı soya yağı, iki xörək qaşığı badam yağı, bir çay qaşığı dəniz duzu, bir çay qaşığı alma sirkəsini əridin. Qarışımı saç diblərinə sürtüb masaj edin.

Sonra streç sellofanla sarıyıb iki saat saxlayın.

Saç diblərini, saçları bal və yumurta sarısı ilə masaj edin. Başınızda yarım saat saxlayın.

İlıq su ilə durulayın

2-3 həftə boyunca hər yeməkdə bir stəkan suya bir çay qaşığı alma sirkəsi qarışdırıb için.

Saçlarınızı qidalandırmaq üçün alma sirkəsi və adaçayını qarışdıraraq saçınızı bu qarışımla durulayın.

İsti zeytun yağı, bal və 1 çay qaşığı toz halında darçını qarışdıraraq hamama girmədən əvvəl 15 dəqiqə boyunca bunu saçlarınızda saxlayın.

Saçlarınızın azaldığı qisimləri qızarana qədər soğanla ovun, ardından da bal sürtün.

1 fincan xardal yağını 4 xörək qaşığı xına yarpağı ilə qaynadın. Süzdükdən sonra qalan suyu bir şüşəyə doldurun və saç dərinizə müntəzəm olaraq bununla masaj edin.

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05