İyulun 20-22-də Türkmənistanda ölkənin səhiyyə və tibb sənayesi işçiləri gününə həsr edilmiş “Sağlamlıq-2019” beynəlxalq sərgi və elmi konfransı keçiriləcək.Azərtac Türkmənistan KİV-lərinə istinadla xəbər verir ki, sərgidə dünyanın 40-dan artıq ölkəsini təmsil edən 200-dən çox şirkətin istehsal etdiyi ixtisaslaşdırılmış avadanlıq və müvafiq məhsulların nümunələri, dərman preparatları, həmçinin Türkmənistan səhiyyəsinin nailiyyətləri nümayiş etdiriləcək.Konfransın işi müasir təbabətin inkişafının müxtəlif perspektiv istiqamətlərinə həsr olunmuş bölmələr üzrə keçiriləcək. Konfransda dünyanın müvafiq profilli 20-dən artıq ali məktəbinin tanınmış alimləri, professor-müəllim heyəti iştirak edəcək.Forumda Türkmənistan Səhiyyə Nazirliyinin bir sıra xarici tibb müəssisələri və sahəvi nazirliklərlə tibb sahəsində əməkdaşlıq haqqında sənəd layihələrinin müzakirəsi nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…