“Şahdağ” futbol klubunun oyunu təxirə salınıb

1 Fevral 2017 10:42

Xəbər 799 dəfə oxunub

Futbol üzrə Azərbaycanın I Divizionunda çıxış edən Qusarın “Şahdağ” futbol klubunun fevralın 2-də keçirilməsi nəzərdə tutulan oyunu təxirə salınıb.Azərtac xəbər verir ki, buna səbəb oyunun keçiriləcəyi Şövkət Orduxanov adına Qusar şəhər stadionunun qarla örtülməsidir. “Şahdağ” ikinci dövrənin ilk oyununda I Divizionun iddialılarından sayılan “Zaqatala” klubu ilə qarşılaşmalı idi.Klub nümayəndələri meydanı oyun gününədək hazır vəziyyətə gətirməyə çalışsa da, əlverişsiz hava şəraitinin davam etməsi buna imkan verməyib.Bununla əlaqədar Peşəkar Futbol Liqasının qərarına əsasən “Şahdağ”–“Zaqatala”, eləcə də “Göyəzən”– “Qaradağ Lökbatan” matçlarının keçirilmə tarixi dəyişdirilib. Bu oyunlar fevralın 27-nə təyin olunub.xeber100.com