İqtisadiyyat Nazirliyi Azərbaycanda fəaliyyət göstərən sənaye parkları və məhəllələrinin idarəedici təşkilatı və orada fəaliyyət göstərən sahibkarlar üçün təlimlər və digər maarifləndirmə tədbirləri təşkil edəcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, sentyabr ayında başlayacaq təlimlər nazirliyin müvafiq şöbələrinin və Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən keçiriləcək. Təlimlərdə sənaye parklarının və məhəllələrinin idarəedici təşkilatları və sahibkarlar özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyi tədbirləri, investisiya təşviqi mexanizminin tətbiqi qaydaları, lisenziyalaşdırma sahəsində həyata keçirilmiş islahatlar, sahibkarlara elektron xidmətlərin göstərilməsi, insan resurslarının idarə olunması və digər mövzularda məlumatlandırılacaq. Qeyri-neft sənayesinin davamlı inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və məhəllələri xüsusi rol oynayır. Artıq Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Qaradağ Sənaye Parkı fəaliyyət göstərir, Neftçala Sənaye Məhəlləsində istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər hazırlıq işləri aparılır. Mingəçevir Sənaye Parkının və Masallı Sənaye Məhəlləsinin təşkili istiqamətində tədbirlər davam etdirilir. Sənaye parklarının və məhəllələrinin rezidentlərinin sayı da gündən-günə artır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…