Sentyabrın 20-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranın İstisu qəsəbəsində sahibkarlar üçün treninq keçirilib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı”, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” mövzularını əhatə edən treninqdə biznesin təşkili və səmərəli idarəsi, brendləşmənin xüsusiyyətləri, məhsulların keyfiyyətinin yüksəldilməsi, investisiya təşviqi sənədini alanlara texnikanın idxalı üçün təsdiqedici sənədin verilməsi və biznes planın tərtib olunması və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.Tədbirdə iştirakçılar, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…