Oktyabrın 6-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran rayonunun Xolmili kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları”, “İstehsal sahələrinin idarə edilməsi” mövzularını əhatə edən treninqdə iştirakçılara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər, ixracın stimullaşdırılması tədbirləri, ixracyönümlü məhsulların istehsalı, brendləşmənin xüsusiyyətləri və məhsul ixracının artırılmasında rolu, istehsal sahələrində biznesin təşkili və səmərəli idarə edilməsi və s. barədə ətraflı məlumat verilib.Tədbirdə iştirakçılara, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlar verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…