Fevralın 28-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Ucarda sahibkarlar üçün treninq keçirilib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə kiçik və orta sahibkarlıq subyektləri üçün araşdırma imkanlarının artırılmasına kömək məqsədilə keçirilən treninq “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı, ixracyönümlü məhsulların təşviqinin stimullaşdırılması, investisiya təşviqi sənədinin verilməsi ilə bağlı mövzuları əhatə edib.Treninqdə iştirakçılar brendləşmənin xüsusiyyətləri, yeni ixrac bazarları, ixracatçılara tətbiq edilən güzəştlər, investisiya təşviqi sənədini alanlara təsdiqedici sənədin verilməsi qaydaları və s. barədə məlumatlandırılıb.Tədbirdə, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, apellyasiya şuraları və sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…