İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhər 3 saylı peşə liseyində gənclər üçün, Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün treninqlər keçirilib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Biznes planların hazırlanması”, “Üzümçülüyün inkişaf perspektivləri”, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında keçirilən treninqlərdə iştirakçılara biznes-ideyanın formalaşması və reallaşdırılması, biznes planların tərtibi, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, üzümçülükdə məhsuldarlıq və səmərəliliyin yüksəldilməsi, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib.Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…