Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubunun və FHN işçiləri həmkarlar ittifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında keçirilən şahmat çempionatına yanvarın 27-də yekun vurulub. Yanvarın 22-də start verilən və nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində keçirilən çempionatda 14 komandanın heyətində 60-a yaxın əməkdaş iştirak edib.Azərtac xəbər verir ki, beynəlxalq dərəcəli baş hakim Namiq İsmayılovun və beynəlxalq dərəcəli hakim Vitali Sapronovun idarə etdiyi turnirdə komanda hesabında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin komandaları müvafiq olaraq ilk üç sırada qərarlaşıb.Şəxsi hesabda yarışda isə Anar Seyidov (Əsaslı tikinti idarəsi) birinci, Paşa Dadaşov (Dövlət Yanğın Nəzarəti Xidməti) ikinci, Ayaz Hüseynov (“İzotop” xüsusi kombinatı) isə üçüncü yerə layiq görülüblər.FHN-in idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev və FHN işçiləri həmkarlar ittifaqının sədri Mehman İsmayılov çempionatın qaliblərini təbrik edib, onları diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…