Qaxda 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib. Bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Qax Olimpiya İdman Kompleksində təşkil olunan Olimpiadanın A qrupunda 262, B qrupunda isə 224 şahmatçı olmaqla, ümumilikdə, 45 rayon (şəhər) təşkilatından 486 şahmatçı qalib adı uğrunda mübarizə aparıb.
Bahar Cəfərova, Fərid Sadıqzadə (8 yaşadək), Mehriban Əhmədli, Nihad Məmmədov (10 yaşadək), Səadət Bəşirli, Murad Rzayev (12 yaşadək), Məryəm Ağaverdiyeva, Elçin Şəkərəliyev (14 yaşadək), Ayan Hüseynli və İslam Hacıəliyev (16 yaşadək) birinci yeri tutublar.
Müxtəlif yaş kateqoriyalarında Mehri Fətullalı, Məhəmməd Kazımzadə, Leyla Hümbətli, Tunar Qarayev, Əsnad Vəliyeva, Əhməd Hüseynov, Aliyə Mahmudova, Yunis Mahmudzadə, Fidan Təhməzova, Niyazi Qafarov ikinci yerə layiq görülüblər.
Mehin Məstiyeva, Mirzəli Hüseynov, Xədicə Babazadə, Kamran Babayev, Nuray Məmmədli, Hüseyn Qurbanov, Nəcibə Quluyeva, Nihat Şıxəhmədi, Leyla Budaqova, İlqar Məmmədov yarışı üçüncü pillədə başa vurub.
A qrupunda komanda hesabında Gəncə 2 nömrəli UGİŞM birinci olub. B qrupunda isə 3 nömrəli RİOEUGİŞM ilk pillədə qərarlaşıb.
Yarışın son günündə turnirin bağlanış mərasimi baş tutub. Qalib və mükafatçılara diplom və medallar təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…