Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil etdiyi incəsənət və şahmat festivalı başa çatıb. Azərtac xəbər verir ki, festivalda iştirak edən 23 rəssam şahmat fiqurlarını müxtəlif rənglərə boyayıb, onların üzərində maraqlı rəsmlər çəkib. Öz istedadlarına gücənərək kreativlik və şahmat ab-havası yaradan rəssamlar fiqurlarının incəsənət nümunəsinə çevrilməsinə nail olublar. Şahmat fiqurlarının üzərində Azərbaycan mədəniyyətinin müxtəlif nümunələri, milli ornamentlər əksini tapıb. Sonra Olimpiadanın keçiriləcəyi “Baku Crystal Hall”da həmin əsərlərdən ibarət sərgi təşkil edilib. Sərginin açılışında Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, jurnalistlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…