Şahmat festivalında Azərbaycan təmsilçiləri mübarizəni davam etdirirlər

21 Dekabr 2021 14:17

Xəbər 749 dəfə oxunub

İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalında Azərbaycan təmsilçiləri mübarizəni davam etdirirlər.Yarışın güclü A turnirində mübarizə aparan Azərbaycan şahmatçılarından Eltac Səfərli və Məhəmməd Muradlı yeddinci turda rəqibləri ilə heç-heçə ediblər. Hər iki şahmatçımız 5,5 xalla 7-17-ci yerləri bölüşürlər. Digər şahmatçılarımız – Aydın Süleymanlı 4,5, Ülviyyə Fətəliyeva, Babək Cəfərli 4 xala malikdirlər.İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir. Onlardan 55-i qrossmeysterdir.Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.xeber100.com