Abu-Dabidə başa çatan “24rd Abu Dhabi Int. Chess Festival Open Tournament” şahmat festivalının qalibləri müəyyən olunub.Azərtac xəbər verir ki, festivalda Azərbaycan nümayəndələri də iştirak ediblər.Festivalın əsas turniri – “Masters” turniri 33 ölkədən 124 iştirakçını, o cümlədən FIDE adlarının sahibi olan 88 nəfəri şahmat taxtası arxasında bir araya gətirib. Turnirdə Misir şahmatçısı Amin Bassem qalib gəlib. O, 9 mümkün xaldan 7,5 xal toplayıb. Azərbaycan qrossmeysteri Rauf Məmmədov 6,5 xalla 3-9-cu yerləri bölüşüb.“Open” turnirdə 34 ölkədən 211 şahmatçı, o cümlədən FIDE adlarının sahibi olan 19 nəfər iştirak edib. Yuniorlar arasında keçirilən sayca 24-cü turnirdə 9 mümkün xaldan 8 xal toplayan Azərbaycan şahmatçısı Elşad Abdullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu yarışda üçüncü yeri Azərbaycanın daha bir nümayəndəsi Xəzər Babazadə tutub.Xəzər Babazadə 18 ölkədən 146 şahmatçının (onlardan 8-i FIDE adlarının sahibidir) iştirakı ilə keçirilən “Juniors” turnirinin də qalibi olub. O, 9 mümkün xaldan 8 xal toplayıb.Qulam Manafov və onun oğlu Vüqar Manafov isə “24rd Abu Dhabi Int. Chess Festival Open Tournament” şahmat festivalının ailə turnirində bürünc medal qazanıblar.İsveçrə sistemi üzrə 9 turda keçirilən turnirdə vaxta nəzarət 90 dəqiqə + hər gediş üçün əlavə 30 saniyə olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…