Şahmat festivalının səkkizinci turunun oyunları keçirilib

27 Fevral 2020 13:31

Xəbər 551 dəfə oxunub

Fevralın 26-da Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının səkkizinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, festivalın A turnirində uğurla çıxış edən gənc şahmatçımız Aydın Süleymanlı səkkiz turdan 6 xal toplayaraq liderliyə yüksəlib. Onunla eyni xala malik olan komandamızın üzvü Rauf Məmmədov isə əlavə göstəricilərə görə ikinci yeri tutur. A turnirində digər şahmatçılarımız – Vüqar Əsədli 5 xal, Vasif Durarbəyli 4,5 xal, Abdulla Qədimbəyli 4 xal qazanıblar.Yarışın B turnirində mübarizə aparan Məhəmməd Muradlı 5,5 xalla səkkizinci yeri tutur.İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.xeber100.com