“Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu başlayıb. Azərbaycanın kişilərdən ibarət əsas yığma komandası Latviya millisi ilə qarşılaşır. İkinci yığmamızın rəqibi Finlandiyadır. Üçüncü millimiz isə Dominikan Respublikası ilə üz-üzə gəlir. Yeddi turdan sonra hesabında 11 xal olan əsas komandamız turnir cədvəlində səkkizinci sırada qərarlaşıb. İkinci yığmamız 9 xalla 27-ci, üçüncü komandamız isə 6 xalla 98-ci pillədədir. Azərbaycanın qadınlardan ibarət əsas millisi isə səkkizinci turda güclü Çin yığması ilə üz-üzə gəlir. İkinci komandamız Sinqapur, üçüncü yığmamız isə Peru ilə görüşür. Yeddinci turdan sonra qadınların yarışında 5 komanda 12 xalla liderdir. Rusiya birinci, Çin ikinci, Azərbaycanın əsas komandası üçüncü, ABŞ dördüncü, Hollandiya isə beşincidir. Doqquz xal toplayan ikinci komandamız 24-cü, üçüncü yığmamız isə 32-ci yeri tutur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…