Şahmat Olimpiadasında X turun təqvimi müəyyənləşib

12 Sentyabr 2016 11:05

Xəbər 959 dəfə oxunub

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında X turun təqvimi müəyyənləşib. Azərtac xəbər verir ki, sentyabrın 12-də kişilərdən ibarət əsas millimiz İngiltərə ilə qarşılaşacaq. İkinci komandamız Serbiya, üçüncü yığmamız isə Yaponiya millisi ilə üz-üzə gələcək. Doqquz turdan sonra hesabında 13 xal olan əsas komandamız turnir cədvəlində 8-ci sırada qərarlaşıb. İkinci yığmamız 11 xalla 33-cü, üçüncü komandamız isə 10 xalla 71-cı pillədədir. Turnir cədvəlinə hər birinin hesabında 16 xal olan ABŞ və Ukrayna komandaları başçılıq edirlər. Rusiya yığması isə 15 xalla üçüncü pillədə qərarlaşıb. Qadınlardan ibarət əsas yığmamız X turda Kolumbiya ilə üz-üzə gələcək. İkinci komandamız İsveçrə, üçüncü yığmamız isə Belarus ilə görüşəcək. Qadınların turnirində əsas komandamız hazırda 12 xalla 19-cu pillədədir. On bir xal toplayan ikinci komandamız 27-ci, üçüncü yığmamız isə 33-cü sırada yer alırlar. Çin şahmatçıları 16 xalla birinci, Polşa millisi 15 xalla ikinci pillədədir. Ukrayna, Rusiya, Hindistan və ABŞ şahmatçıları 14 xalla 3-6-cı yerləri bölüşürlər.xeber100.com