Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü – “Meltvater” turnirinin ikinci yarış günündə növbəti 5 turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Şəhriyar Məmmədyarov altıncı turda FİDE təmsilçisi Alireza Firuzca ilə qarşılaşacaq. Sonrakı oyunda şahmatçımız hazırkı dünya çempionu Maqnus Karlseni qara fiqurlarla sınağa çəkəcək. Ş.Məmmədyarov növbəti 3 qarşılaşmada isə ispaniyalı David Anton Quixarro, isveçli Nils Qrandelius və niderlandlı Aniş Giri ilə üz-üzə gələcək.Teymur Rəcəbov isə ilk qarşılaşmada amerikalı Hikaru Nakamura, daha sonra niderlandlı Yorden Van Forest, fransalı Maksim Vaşye-Laqrav və Alireza Firuzca ilə mübarizə aparacaq. Şahmatçımızın son qarşılaşması Maqnus Karlsen ilə baş tutacaq. T.Rəcəbov dünya çempionuna qarşı ağ fiqurlarla mübarizə aparacaq.Qeyd edək ki, bir gün əvvəl keçirilmiş qarşılaşmalar hər iki şahmatçımız üçün uğurlu olub. Belə ki, startda Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edən Şəhriyar Məmmədyarov növbəti iki oyunları iki heç-heçə, bir qələbə və bir məğlubiyyətlə başa vurub.Digər təmsilçimiz Teymur Rəcəbov isə ilk dörd turu heç-heçə ilə başa vurub, sonuncu turda qələbə qazanıb.Yekun nəticələrə görə, 5 turdan 3 xal toplayan şahmatçılarımız 4-8-ci yerləri bölüşürlər. Turnir cədvəlinə 4 xalla Aniş Giri rəhbərlik edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…