Şahmat tacı uğrunda dünya çempionatı davam edir

9 Dekabr 2021 14:17

Xəbər 590 dəfə oxunub

Dubayda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda dünya çempionatı davam edir.Bu gün – dekabrın 9-da 11-ci turun qarşılaşması keçiriləcək. Ötən turların nəticəsinə görə, dünya çempionu 6,5:3,5 hesabla Rusiya şahmatçısını üstələyib.Turnir on dörd turdan ibarətdir.Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyada V.Anand, 2016-cı ildə ABŞ-da rusiyalı Sergey Karyakin və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.xeber100.com