Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları iddiaçılar turnirində 9-cu turun oyunları keçirilib.Azərtac xəbər verir ki, növbəti mərhələdə Aniş Giri (Niderland) Van Haoya (Çin) qalib gəlib. Kiril Alekseyenko (Rusiya) Fabiano Karuana (ABŞ), Aleksandr Qrişuk Yan Nepomnyaşi (hər ikisi Rusiya), Liren Dinq (Çin) Maksim Vaşe-Laqrav (Fransa) ilə heç-heçə edib.Turnir cədvəlində doqquz turdan sonra Yan Nepomnyaşi 5,5 xalla liderliyini davam etdirir. Maksim Vaşe-Laqrav, Fabiano Karuana, Aniş Giri 5, Kiril Alekseyenko, Van Hao, Aleksandr Qrişuk 4, Liren Dinq 3,5 xala malikdirlər.Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…