Şahmat turniri keçirilib

22 Noyabr 2016 10:03

Xəbər 881 dəfə oxunub

Azərbaycan Şahmat Federasiyasında 9 noyabr – Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Gününə həsr olunmuş şahmat turniri keçirilib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Az’rtac-a bildiriblər ki, şahmat turniri İqtisadiyyat Nazirliyi Aparatının və tabeliyindəki qurumların əməkdaşları arasında beynəlxalq usta Rəhim Qasımovun hakimliyi altında İsveçrə sistemi əsasında keçirilib və yarış 9 turdan ibarət olub.Turnirin keçirilməsində məqsəd ölkəmiz üçün önəmli olan günlərin bir daha xatırladılması, əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, zehni inkişafın və sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.Turnirdə 1-ci yeri Sənan Quliyev, 2-ci yeri Fazil Alməmmədov, 3-cü yeri Tünar Quluyeva tutublar.xeber100.com