Şahmat turniri keçirilib

27 İyun 2017 14:06

Xəbər 875 dəfə oxunub

İyunun 25-də Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında şahmat turniri keçirilib.Turnirdə 5-16 yaşlı şahmatçılar iştirak edib.Azərtac xəbər verir ki, iki saatdan artıq davam edən turnirdə əvvəlcədən qeydiyyatdan keçərək 100 iştirakçı yarışıb.Turnirə beynəlxalq dərəcəli hakim Ülkər Umudova və “Ağ At” şahmat klubunun müəllimləri nəzarət ediblər.Turnirin qalibləri: 1-ci yer Kanlı Alperen, 2-ci yer İzzət Quliyev, 3-cü yer İsmayıl Qurbanov.Qaliblər sertifikat və medallarla təltif olunub.Tədbirin məqsədi uşaq və yeniyetmələrin, şahmatsevərlərin açıq havada səmərəli asudə vaxtının təşkilidir.xeber100.com