Şahmat üzrə 24-cü Mixail Çiqorin Memorialı başlanacaq

19 Sentyabr 2017 10:42

Xəbər 962 dəfə oxunub

Oktyabrın 20-dən Sankt-Peterburqda şahmat üzrə 24-cü Mixail Çiqorin Memorialı başlanacaq.Azərtac xəbər verir ki, ənənəvi beynəlxalq turnirin ilk günü blits-turnirlə açılacaq. Oktyabrın 21-dən 29-dək Rusiya Kubokunun mərhələsi olan klassik şahmat turniri keçiriləcək. Turnirdə hələ ki, 150 şahmatçının, o cümlədən 22 qrossmeysterin iştirakı gözlənilir. Azərbaycanı beynəlxalq turnirdə qrossmeyster Azər Mirzəyev və beynəlxalq dərəcəli usta Ülvi Sadıxov təmsil edəcəklər.Oktyabrın 29-da turnirin qalibləri elan olunacaq.“Mixail Çiqorin Memorialı” beynəlxalq festivalı hər il “Open” kateqoriyasında keçirilən ən kütləvi şahmat turniridir.xeber100.com