Şahmat üzrə 35-ci open-turnir davam edir

11 Aprel 2017 10:41

Xəbər 703 dəfə oxunub

Fransanın Mets şəhərində şahmat üzrə 35-ci open-turnir davam edir.Azərtac xəbər verir ki, 73 şahmatçının, o cümlədən 11 qrossmeysterin iştirak etdiyi bu yarışmada Azərbaycanı beynəlxalq dərəcəli qrossmeyster Namiq Quliyev təmsil edir.Üç turdan sonra hərəyə 3 xal toplamış Namiq Quliyev, almaniyalı İqor Qlek, Ukrayna nümayəndələri Petro Qolubka, Vitali Sivuk və Fransa təmsilçisi Andrey Şekaçev liderlik edir.İsveçrə sistemi üzrə keçirilən open-turnir 9 turdan ibarət olacaq.xeber100.com