Şahmat üzrə 48-ci turnir start götürəcək

4 May 2018 15:23

Xəbər 657 dəfə oxunub

Mayın 5-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda şahmat üzrə 48-ci turnir start götürəcək. Turnirə 19 ölkədən 164 şahmatçı, o cümlədən 15 qrossmeyster qoşulacaq.Azərtac xəbər verir ki, Azərbaycanı bu yarışlarda beynəlxalq usta Ülvi Sadıqov təmsil edəcək. O, turnirin start cədvəlində 2473 reytinqlə 13-cü yerdədir. Yarışın reytinq-favoriti türkiyəli qrossmeyster Mustafa Yılmazdır (2621). Rusiyalı Aleksandr Predke (2603) ikinci, xorvatiyalı Ante Brkiç (2598) üçüncü yerdədir.İsveçrə sistemi üzrə keçiriləcək “Bosna” beynəlxalq şahmat yarışı 9 turdan ibarət olacaq.xeber100.com