Şahmat üzrə Aqzamov memorialı start götürəcək

4 Aprel 2023 13:44

Xəbər 330 dəfə oxunub

Aprelin 5-də Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Aqzamov memorialı start götürəcək. Yarışda Azərbaycanın iki şahmatçısı – Misrətdin İsgəndərov və Vüqar Rəsulov mübarizə aparacaq. Aprelin 12-dək davam edəcək yarışda 63 şahmatçı birincilik uğrunda mübarizə aparacaq. Turnirin reytinq favoriti yerli idmançı Şamsiddin Vohidovdur. On bir ölkədən zəka sahiblərinin qatılacağı yarışın iştirakçılarından doqquzu qrosmeysterdir.xeber100.com