Şahmat üzrə Avropa birinciliyi start götürüb

2 Avqust 2019 12:39

Xəbər 835 dəfə oxunub

Avqustun 2-də Slovakiyanın Bratislava şəhərində yeniyetmələr arasında şahmat üzrə Avropa birinciliyi start götürür.Azərtac xəbər verir ki, 49 ölkədən 1300-dən çox şahmatçının qatıldığı qitə birinciliyində 8-18 yaşlı yeniyetmə idmançılar iştirak edirlər. Azərbaycanı bu yarışlarda müxtəlif yaş kateqoriyalarında 30 şahmatçı təmsil edir.İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.xeber100.com