Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının yeddinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan təmsilçisi Rauf Məmmədov polşalı Kacper Piorun ilə heç-heçə edərək aktivinə 0,5 xal əlavə edib. Turnir cədvəlində 6 xalla 1-2-ci yerləri bölüşən şahmatçımız liderliyini davam etdirir.Digər təmsilçilərimizdən Nicat Məmmədov fransalı Maksim Laqardı məğlub edərək xalların sayını 5,5-ə çatdırıb. O, bu nəticə ilə 3-9-cu yerləri bölüşür. Yeddinci turu daha bir şahmatçımız – Read Səmədov qələbə ilə başa vurub. Belə ki, o, isveçrəli Nikolas Kuenqi məğlub edib. Nicat Abbasov serbiyalı İvic Velimir, Aydın Süleymanlı litvalı Karolis Juksta ilə heç-heçə ediblər.Ötən turların nəticəsinə görə, N.Abasov 4,5, A.Süleymanlı, R.Səmədov 4 xala malikdirlər.İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…