Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında doqquzuncu tura yekun vurulub. Son turun maraqlı görüşlərindən biri Eltac Səfərli ilə Nicat Abasov arasında oynanılıb. Nəticədən asılı olaraq qalib ilk dördlükdə yer almaqla çempionluq uğrunda mübarizəni davam etdirəcəkdi. Ağ fiqurlarla oynayan Eltac Səfərli görüşü qələbə ilə başa vurmaqla final mərhələsinə vəsiqə qazanıb. Digər oyunlara gəlincə Ülvi Sadıqov Vüqar Manafovu məğlub edib. Vasif Durarbəyli-Məhəmməd Muradlı, Vüqar Əsədli-Aydın Süleymanlı, Əhməd Əhmədzadə-Xəzər Babazadə, Xaqan Əhməd – Murad İbrahimli, Fərid Mustafayev –İsmayıl Şahəliyev arasında görüşlər bərabərliklə yekunlaşıb. İsmayıl Qurbanov və Şahin Vəliyevə texniki qələbə verilib. Doqquz turdan sonra 7 xal toplayan Vasif Durarbəyli, hərəyə 6 xalı olan Vüqar Əsədli, Məhəmməd Muradlı və Eltac Səfərli yarımfinala vəsiqə qazanıblar. Yanvarın 23-də başlayacaq yarımfinalda Vasif Durarbəyli Məhəmməd Muradlıya, Vüqar Əsədli isə Eltac Səfərliyə qarşı mübarizə aparacaq. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…