Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Şahmat Mərkəzində 2002–2003-cü il təvəllüdlü qızlar arasında şahmat üzrə Bakı birinciliyi başa çatıb.BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, yarışda 4 xal toplayan Zəhra Tağıyeva qızıl medala sahib olub. Vəfa Əlibəyova 3,5 xalla yarışı ikinci, Mehin Əhmədova 3,0 xalla üçüncü yerdə başa vurublar. Mükafatçılarla yanaşı, dördüncü yeri tutmuş Ayan Əhmədova (2,5 xalla) bu ilin iyununda keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb.Yarışın bağlanış mərasimində Baş İdarənin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.Yarışda ilk üç yeri tutmuş idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…