Şahmat üzrə beşinci turun oyunları keçiriləcək

26 Oktyabr 2017 13:16

Xəbər 682 dəfə oxunub

Sankt-Peterburqda Mixail Çiqorinin xatirəsinə həsr edilmiş 24-cü memorialda 4 turdan sonra 6 şahmatçı 100 faiz nəticə göstərib.Azərtac xəbər verir ki, Rusiya Kubokunun bir mərhələsi sayılan bu memorialda 26 iştirakçının hərəsi 3,5 xal, 42 şahmatçının hərəsi 3 xal toplayıb. Azərbaycan şahmatçılarından qrossmeyster Azər Mirzəyev, beynəlxalq usta Nail Bəşirli və Atilla Eynullayevin hərəsinin aktivində hərəyə 2,5 xal, Xəzər Babazadə, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Rəvan Əliyev, Altay Eynullayev və Elmar Atakişiyevin hərəsinin aktivində 2 xal var.Beşinci turun oyunları bu gün oynanılacaq.Turnir bazar günü – oktyabrın 29-da başa çatacaq.xeber100.com