Şahmat üzrə beynəlxalq turnir davam edir

26 Yanvar 2022 15:21

Xəbər 519 dəfə oxunub

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.Yarışda Azərbaycanı təmsil edən Fərid Orucov ötən iki turu qələbə ilə başa vurub. Şahmatçımız 2 xalla yerli idmançı Dejan Tasevlə ilk iki pilləni bölüşür.İsveçrə sistemi üzrə keçirilən turnir 8 turdan ibarətdir. Yarışda 12 şahmatçı iştirak edir ki, onlardan da 4-ü qrosmeysterdir.Turnir yanvarın 28-dək davam edəcək.xeber100.com