Şahmat üzrə beynəlxalq turnir keçirilib

20 Aprel 2017 12:20

Xəbər 780 dəfə oxunub

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti Azərbaycan Şahmat Federasiyası, “Gənclik” şahmat klubu və Azərbaycandakı Fransız İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən XVI Beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib.Şirkətdən Azərtac-a bildirilib ki, 2017-ci il 9-14 aprel tarixləri arasında FİDE qaydalarına uyğun olaraq, 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışda 2002-ci il və daha kiçik təvəllüdlü Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Fransa, Portuqaliya və Qazaxıstandan 56 gənc şahmatçı iştirak edib.Yarışlarda ən çox xal yığan azərbaycanlı şahmatçılar Fransada keçiriləcək Beynəlxalq Turnirdə iştirak etmək imkanı qazanıblar. Turnirin digər qalibləri isə “Bakcell” şirkəti tərəfindən smartfon və dəyərli hədiyyələrlə mükafatlandırılıb.xeber100.com