Şahmat üzrə beynəlxalq turnir start götürür

21 May 2022 19:04

Xəbər 358 dəfə oxunub

Bu gün Birləşmiş Ərəb Əmirliyinin Şarja şəhərində şahmat üzrə beynəlxalq turnir start götürür. Azərbaycanı yarışda Nicat Abasov, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Günay Məmmədzadə təmsil edirlər.Turnirdə 32 ölkədən 80 şahmatçı iştirak edir ki, onlardan da 65-i qrosmeysterdir.Qeyd edək ki, mayın 29-da başa çatacaq yarış doqquz turdan ibarətdir və İsveçrə sistemi ilə keçirilir.xeber100.com