Şahmat üzrə dördüncü turnir keçiriləcək

31 Mart 2017 11:21

Xəbər 850 dəfə oxunub

Aprelin 20-dən 30-dək Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilən dördüncü turnir keçiriləcək. Turnir “Synergy Group” və Azərbaycan Şahmat Federasiyası tərəfindən təşkil ediləcək.Azərtac xəbər verir ki, doqquz qrossmeyster bir dövrədə mübarizə aparacaq. Memorial turnirdə azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, amerikalı Uesli So, rusiyalı Vladimir Kramnik və Sergey Karyakin, ingilis Maykl Adams, hindistanlı Pentala Harikrişna, ukraynalı Pavel Elyanov, polyak Radoslav Voytaşek və bolqar Veselin Topalov iştirak edəcəklər.xeber100.com