Şahmat üzrə dördüncü turun oyunları keçiriləcək

27 Yanvar 2020 14:49

Xəbər 539 dəfə oxunub

Yanvarın 27-də şahmat üzrə açıq Lissabon turnirinin dördüncü turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, turnirin klassik yarışlarında Azərbaycan şahmatçılarından Vüqar Əsədli yerli idmançı Andre Neves Fidalgo, Nail Bəşirli rusiyalı Aleksander Motylev, Zaur Bayramov isə polşalı Paveł Yarats ilə qarşılaşacaqlar.Son üç turda maksimum xal toplayan V.Əsədli turnir cədvəlinin ikinci pilləsində yer alıb. N.Bəşirli və Z.Bayramov 2,5 xal toplayıblar.Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir. Yarışda 227 şahmatçı mübarizə aparır.xeber100.com