Xantı-Mansiyskdə komandalar arasında şahmat üzrə dünya çempionatının altıncı turunda Azərbaycanın qadınlardan ibarət yığma komandası Ukrayna yığması ilə görüşəcək.Azərtac xəbər verir ki, bizim komandanın aktivində 4 komanda xalı, onların bugünkü rəqiblərinin hesabında isə 8 komanda xalı var.Beş turdan sonra vəziyyət belədir: 1-2-ci yerlər – Ukrayna və Rusiya (hərəyə 8 xal), 3-cü yer – Hindistan (7 xal), 4-5-ci yerlər – Polşa və Çin (hərəyə 6 xal), 6-9-cu yerlər – ABŞ, Azərbaycan, Gürcüstan, Vyetnam (hərəyə 4 xal), 10-cu yer – Misir (0 xal).Dünən çempionatın iştirakçıları dincəlirdilər. Bu gün aşağıda sadalanan matçlar keçiriləcək:Kişilər: Polşa-Rusiya, Belarus-Norveç, Çin-Ukrayna, Hindistan-Türkiyə, ABŞ-Misir.Qadınlar: Hindistan-Rusiya, Ukrayna-Azərbaycan, Gürcüstan-Vyetnam, ABŞ-Çin, Polşa-Misir.Ukrayna və Azərbaycanın qadınlardan ibarət komandalarının matçlarında aşağıdakı cütlüklər qarşılaşacaqlar: Natalya Jukova – Zeynəb Məmmədyarova, İnna Qaponenko – Günay Məmmədzadə, Lulıja Osmak – Ülviyyə Fətəliyeva, Natalya Buksa – Xanım Balacayeva.Xatırladaq ki, qadınların çempionatında 10 komanda və kişilərin çempionatında 10 komanda çıxış edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…