Antalyada məktəblilər arasında şahmat üzrə dünya çempionatının səkkizinci turunun oyunları keçirilir.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçılarından 14-ü ötən turu uğurla başa vurub. Müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılarımızdan Ümid Allahverdi (4,5 xal), Yusif Kərimli (5 xal), Yusif Babayev (4 xal), Rəfael Bayramlı (4 xal), Əhmədağa Həşimov (4), Süleyman Süleymanlı (5,5 xal), Cahandar Azadəliyev (5 xal), Tamerlan Hüseynzadə (3 xal), Uğur İlyaslı (5,5 xal), Murad İbrahimli (4 xal), Səlbinaz İsmayılova (3,5 xal), Aytac Kərimli (4 xal), Səbinə Rzalı (4 xal), Cəmilə Paşayeva (3,5 xal) ötən turda qələbə qazanıblar. Fərid Orucov (4,5 xal), Nərmin Nəsibova (3,5 xal), Raya Əhmədova (2 xal) heç-heçə ediblər. Digər təmsilçilərimiz isə məğlub olublar.On iki qrup üzrə keçirilən yarışda 33 ölkədən 400-dən çox şahmatçı mübarizə aparır. Azərbaycanı dünya çempionatında müxtəlif yaş qrupları üzrə 29 şahmatçı təmsil edir. Onlardan 18-i oğlan, 11-i isə qızdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…