Xantı-Mansiyskdə qadınlar arasında şahmat üzrə dünya komanda çempionatının beşinci turunda Azərbaycan və Vyetnam komandalarının görüşündə hansı şahmatçıların qarşılaşacağı məlum olub.Azərtac xəbər verir ki, 9 turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.Vyetnam və Azərbaycan komandalarının yarışında Zeynəb Məmmədyarova – Ti Bao Tram Xoanq, Günay Məmmədzadə – Ti Kim Punq Vo, Gülnar Məmmədova – Ti Mai Xunq və Ülviyyə Fətəliyeva – Pyonq Xan Luonq görüşləri keçiriləcək.Dörd turdan sonra turnir cədvəlində vəziyyət: 1-2. Rusiya, Ukrayna (hər biri 7 xal), 3.Hindistan (5 xal), 4-7. Polşa, Çin, Gürcüstan, Azərbaycan ( hər biri 4 xal), 8. ABŞ (3), 9. Vyetnam (2), 10.Misir (0).Vaxta nəzarət: ilk 40 gedişə 90 dəqiqə + birinci gedişdən başlayaraq oyunun sonuna qədər hər bir gediş üçün əlavə 30 saniyə.İyunun 21-də birinciliyin beşinci turunda kişilərdən ibarət komandaların yarışında Rusiya-Norveç, ABŞ-Belarus, Misir-Hindistan, Türkiyə-Çin, Ukrayna-Polşa, qadınlardan ibarət komandaların yarışında Rusiya–ABŞ, Polşa-Ukrayna, Misir-Hindistan, Çin-Gürcüstan, Vyetnam-Azərbaycan komandaları qarşılaşacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…