Şahmat üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq

24 Avqust 2023 11:27

Xəbər 430 dəfə oxunub

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq. Çempionluq və üçüncü yer uğrunda mübarizə aparan şahmatçılar medalların taleyinə tay-brekdə aydınlıq gətirəcəklər.

Finalda norveçli Maqnus Karlsenlə hindistanlı Rameşbaba Praqnanandxa münasibətlərinə aydınlıq gətirəcəklər. Onların əvvəlki iki duelində heç-heçə qeydə alınıb.

Azərbaycan şahmatçısı Nicat Abasov isə bürünc medal uğrunda mübarizədə ABŞ təmsilçisi Fabiano Karuanayla qarşılaşacaq. Abasov ilk görüşdə

Karuanaya qalib gəlsə də, ikinci oyunda rəqibinə uduzub.xeber100.com